Müasir TikintiHəlləri
XİDMƏTLƏR
Tikinti İşləri
PROFORM yalnız qəlib və iskələ təchizatçısı deyil — yol, körpü, istinad divarı və binaların tikintisini podratçı kimi icra edən tikinti şirkətidir. Beton-monolit işlərdən yekun təhvilə qədər tam dövrü öz üzərimizə götürürük. PROFORM MMC qəlib və iskələ sistemləri üzrə illərin təcrübəsini bilavasitə tikinti podratına daşıyır. Avtomobil və dəmir yolları, körpülər, istinad divarları, hidrotexniki qurğular, habelə yaşayış, sənaye və sosial təyinatlı obyektlərdə beton-monolit və dəmir-beton işlərini tam həcmdə yerinə yetiririk. Zəfər Yolu, Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Horadiz–Zəngilan–Ağbənd dəmir yolu kimi strateji layihələrdə iştirakımız komandamıza ən mürəkkəb mühəndis qurğularını belə vaxtında və yüksək keyfiyyətlə inşa etmək imkanı verir. Layihənin hazırlıq mərhələsindən təhvil-təslimə qədər bütün prosesi beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun idarə edirik.
ƏtraflıMühəndislik İşləri
Layihəyə uyğun qəlib və iskələ həllərinin layihələndirilməsi, statik hesablamalar, iş cizgiləri və sahədə mühəndis müşayiəti — tikintinin texniki tərəfini peşəkar mühəndis komandamıza etibar edin. Mühəndis komandamız hər bir obyektin xüsusiyyətlərinə uyğun qəlib və iskələ layihəsi hazırlayır: yük və statik hesablamalar aparılır, montaj sxemləri və iş cizgiləri tərtib olunur, material sərfi optimallaşdırılır. Bu yanaşma sahədə həm təhlükəsizliyi, həm də işlərin sürətini təmin edir. Bundan əlavə, tikinti prosesində texniki nəzarət, işlərin icrası üzrə metod bəyanatlarının (method statement) hazırlanması və layihə boyu mühəndis müşayiəti xidmətləri göstəririk. Məqsədimiz — layihənizə vaxt, material və xərc baxımından ən səmərəli texniki həlli təqdim etməkdir.
ƏtraflıMontaj və Demontaj
Qəlib və iskələ sistemlərinin təlim keçmiş briqadalarımız tərəfindən layihəyə uyğun, təhlükəsiz və sürətli quraşdırılması və sökülməsi. Sertifikatlı montaj briqadalarımız qəlib və iskələ sistemlərini təsdiqlənmiş layihə və montaj sxemlərinə tam uyğun quraşdırır və sökür. Hər mərhələdə sağlamlıq və təhlükəsizlik qaydalarına ciddi əməl olunur, işlər razılaşdırılmış qrafik üzrə icra edilir. Bu xidmət sayəsində müştəri ayrıca montaj komandası axtarmadan sistemləri ən incə detalına qədər tanıyan mütəxəssislərlə birbaşa işləyir — nəticədə vaxt itkisi və risklər minimuma enir.
ƏtraflıTikinti İskələsi
Bizim irimiqyaslı layihələrdə təcrübəmiz var və həmişə layihə rəhbərlərinə tikinti işi üçün ən uyğun məhsul və sistemi tapmaqda kömək etməyə çalışırıq.
ƏtraflıQəlib və İskələ Sistemlərinin İcarəsi və Satışı
Geniş anbar parkımızdan döşəmə, pərdə və körpü qəlibləri, tikinti iskələləri — çevik icarə şərtləri, satış imkanı və obyektə çatdırılma ilə. Layihənizin müddətinə və büdcəsinə uyğun olaraq qəlib və iskələ sistemlərini həm icarəyə götürə, həm də satın ala bilərsiniz. Anbar parkımızda döşəmə, pərdə və körpü qəlib sistemləri, müxtəlif tipli tikinti iskələləri daim mövcuddur. Sistemlər obyektə çatdırılır, tələb olunduqda montaj və texniki dəstəklə birlikdə təqdim edilir. Çevik icarə müddətləri və şəffaf qiymət siyasəti sayəsində müştərilərimiz avadanlığa böyük investisiya qoymadan layihələrini icra edə bilirlər.
ƏtraflıTexniki Konsultasiya və Sahə Dəstəyi
Layihəniz üçün ən uyğun sistemin seçimi, sahəyə baxış, istifadə təlimi və tikinti boyu texniki müşayiət — ilk gündən təhvilə qədər yanınızdayıq.
ƏtraflıSAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK
Sağlamlıq və Təhlükəsizlik ilk gündən etibarən “PROFORM” MMC-nin fəaliyyətinin ayrılmaz hissəsidir və bütün iş proseslərimizin əsasını təşkil edir. Biz inanırıq ki, hər bir uğurlu layihənin arxasında təhlükəsiz və sağlam iş mühiti dayanır. Buna görə də “öncə təhlükəsizlik” yanaşmasını yalnız şüar deyil, gündəlik fəaliyyətimizin təməl prinsipi kimi qəbul edirik.
Şirkətimizdə təhlükəsizlik mədəniyyəti hər bir əməkdaş tərəfindən paylaşılır və qorunur. İşçilərimizin rifahı, layihələrimizin davamlılığı və müştərilərimizə göstərdiyimiz xidmətin keyfiyyəti üçün sağlamlıq və təhlükəsizlik standartlarına ciddi əməl olunur. Biz mütəmadi olaraq təlimlər keçirir, risklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür və bütün əməliyyatlarda beynəlxalq təhlükəsizlik tələblərinə uyğunluğa nail olmağa çalışırıq.
Bizim üçün təhlükəsizlik yalnız fərdi məsuliyyət deyil, həm də kollektiv öhdəlikdir. Təchizat zəncirimizdən tutmuş layihə icrasına qədər olan bütün mərhələlərdə vahid baxış və məsuliyyət hissi ilə hərəkət edirik. “PROFORM” MMC-nin məqsədi hər bir işçinin təhlükəsiz şəkildə evinə qayıtmasını təmin etmək, eyni zamanda, müştərilər və tərəfdaşlar üçün etibarlı, dayanıqlı və məsuliyyətli iş mühiti yaratmaqdır.
PROFORM MMC
🏗️ 10+ illik təcrübə ilə PROFORM MMC, bütün Azərbaycan üzrə döşəmə və iskələ sistemləri üzrə innovativ və etibarlı təchizatçı kimi tanınır.
🔧 Geniş məhsul çeşidi və çoxşaxəli xidmətlər sayəsində müxtəlif layihələr üçün bir neçə effektiv həll yolu təqdim edirik.
🚀 İnnovasiya yönümlü şirkət kimi daim xidmətlərimizi genişləndirməyi, optimallaşdırmağı və müştərilərə daha yüksək dəyər təqdim etməyi hədəfləyirik.
🎯 Məqsədimiz:
Müştərilər tərəfindən yenilikçi yanaşmamız, məhsul keyfiyyətimiz, lider xidmət səviyyəmiz və uyğun qiymət dəyərimiz ilə ilk seçim təchizatçısı kimi tanınmaq.